ETSN-ə elektromaqnit şüalanma ilə bağlı müraciət daxil olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i (439-18-63, 438-13-35) vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə müraciətlər qəbul edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, may ayı ərzində “Qaynar xətt”ə 76 müraciət daxil olub və nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb.
Ağacların kəsilməsi ilə əlaqədar 25, aşma təhlükəsinin olması ilə əlaqədar 28, atmosfer havasının çirklənməsi ilə bağlı 7, məişət tullantılarının qalaqlanması ilə bağlı 5, çirkab suların axıdılması ilə bağlı 3, səs-küylə bağlı 4, elektromaqnit şüalanma ilə bağlı 2, palçıq vulkanının püskürməsi ilə bağlı isə 2 müraciət daxil olub. Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş müraciətlər nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 10 şikayət üzrə fakt təsdiqlənmiş və qanuna müvafiq tədbirlər görülüb, 15 müraciət isə öz təsdiqini tapmayıb.
Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 28 müraciətdən 24-ə yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib, 1 müraciət əsassız hesab edilib, 3 müraciət isə icradadır.
Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, elektromaqnit şüalanma, səs-küy və palçıq vulkanının püskürməsi ilə əlaqədar daxil olmuş 23 müraciətdən 11-i ilə bağlı qanuna müvafiq tədbirlər görülüb. 12 müraciət isə nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb.
Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.

946