“Bu hadisə Ermənistanın yürütdüyü terrorçuluq siyasətinin bariz nümunəsidir”
11 mart 2011 17:57 (UTC +04:00)

“Bu hadisə Ermənistanın yürütdüyü terrorçuluq siyasətinin bariz nümunəsidir”

Azərbaycanda fəaliyyət göstərən bir qrup hərbi yönümlü qeyri-hökumət təşkilatı Ermənistan Silahlı Qüvvələrinin Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Arif oğlu Bədəlovun qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb.

Lent.az-ın verdiyi məlumata görə, bəyanata Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ehtiyatda olan Zabitlər Konfederasiyası, Azərbaycan Respublikası Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Çernobıl Əlilləri Cəmiyyəti, Azərbaycan Respublikası Əfqanıstan Veteranları İctimai Birliyi, Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi, “Əsgər Anaları” Şurası, Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, .Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi, “Əsgər Ailəsi” Cəmiyyəti, Azərbaycan Respublikası “20 Yanvar Cəmiyyəti”, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, Dünya Gənc Türk Yazarlar Birliyi və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı imza atıb.

Bəyanatda baş verən bu hadisənin böyük faciə olduğu və bu qətlə münasibətdə bütün Azərbaycan xalqının və sülhsevər bəşəriyyətin həmrəy olmasının zəruriliyi vurğulanıb: “Azyaşlı uşağın snayper gülləsi ilə vurulması onun təsadüfən deyil, məhz elə hədəf seçilərək öldürüldüyünü göstərir. Bu hadisə Ermənistanın yürütdüyü terrorçuluq siyasətinin və fəaliyyətinin bariz nümunəsidir. Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilən görüşü ərəfəsində bu hadisənin törədilməsi ermənilərin terrorçuluq və işğalçılıq siyasətini sərgiləməklə yanaşı, münaqişənin həllini uzatmaqda maraqlı olmasını göstərir. BMT, Avropa Şurası, eləcə də münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri bu qətliama obyektiv münasibət bildirməlidirlər”.

Bəyanatda erməni quldur dəstələrinin tarix boyu belə hərəkətlərə yol verdiyi, diqqətə çatdırılıb və bütün qeyri-hökumət təşkilatları Ermənistanın bu təcavüzünü pisləyən bəyanatlara qoşulmağa çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar