TQDK sabah imtahan keçirəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 12-də Daxili İşlər orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Komitənin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, sənəd qəbulu haqqında elan, “Müsabiqənin keçirilməsi Qaydaları", test imtahanının proqramı və fiziki hazırlıq səviyyəsinin minimal normativləri "Mübariz Keşikdə" qəzetində, həmçinin digər Kütləvi İnformasiya Vasitələrində dərc olunmuş, DİN-in rəsmi internet saytında yerləşdirilib.
Sənədlərin qəbulu Daxili İşlər Nazirliyi tərəfindən 2010-cu il noyabrın 15-dən dekabrın 15-dək aparılıb. Müsabiqədə iştirak etmək üçün 108 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 56 nəfəri hüquq istiqaməti üzrə, 52 nəfəri isə pedaqogika istiqaməti üzrə sənəd verib.
Namizədlərə test imtahanında iştirak etmək üçün «İmtahana buraxılış vəsiqəsi» və “Yaddaş kitabçası” 2011-ci il martın 9-dan etibarən təqdim olunub. İmtahan Azərbaycan Texniki Universitetinin V tədris binasında saat 10:00-da başlanır. İşə qəbul iki istiqamət – hüquq və pedaqogika istiqamətləri üzrə aparılır.
Komissiyada bildirirlər ki, İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. Hüquq istiqaməti üzrə 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq. Pedaqogika istiqaməti üzrə imtahanda 30 sual qanunvericilik, 30 sual pedaqogika, 20 sual yaş psixologiyası, 20 sual isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq.
Sualları cavablandırmaq üçün namizədlərə 3 saat vaxt verilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar.
Elxan SALAHOV

1068