Gəncənin yeni Baş Planı hazırlanır
Azərbaycan Dövlət Layihə İnstitutu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Gəncə şəhərinin yeni Baş Planının konseptual layihəsini hazırlayır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev Lent.az-a bildirib ki, yeni Baş Planda 2030-cu ilədək şəhərin infrastrukturunda və funksionallığında bir sıra yeniliklərin edilməsi, Gəncənin iri meqapolisə çevrilməsi nəzərdə tutulur. Konseptual inkişaf layihəsinə əsasən, 9980 hektar ərazisi olan şəhərin təxminən 2 dəfə böyüdülərək 17 min hektara çatdırılması planlaşdırılır. Baş plana şəhərdə bir sıra yeni zonaların, o cümlədən milli qoruq zonasının yaradılması, küçələrin genişləndirilməsi, ekoloji tədbirlərin həyata keçirilməsi, yaşıllıqların, istirahət guşələrinin artırılması da daxildir.
Cahangir Qocayev bildirir ki, Gəncə şəhərinin bundan əvvəlki Baş Planı 1990-cı ilə qədərki dövrü əhatə edirdi. Yeni Baş Planın konseptual layihəsinin hazırlanmasına 2009-cu ildən başlanıb və bu ilin sonlarınadək layihə üzərində işin başa çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, yeni hazırlanan Baş Planın konseptual layihəsi artıq Gəncə şəhər İcra Hakimiyyətində yerli ictimaiyyətə, şəhərsalma ilə məşğul olan qurumların müzakirəsinə təqdim edilib.
Şöbə müdiri yeni Baş Planda Gəncə şəhərinin mərkəzində hündür mərtəbəli binaların inşasına qadağa qoyulması barədə məlumatlara da aydınlıq gətirib. Cahangir Qocayev deyib ki, əslində söhbət hansısa qadağalardan deyil, yeni binaların hündürlüyünün ətraf ərazilərlə uyğunluğundan gedir: “Əlbəttə ki, şəhərdə 4 mərtəbəli binanın yanında 16 mərtəbəli bina tikmək doğru deyil. Bunlar hamısı şəhərsalma qaydalarına uyğun olaraq konseptual şəkildə bir-birinə uyğun olmalıdır. Haradakı ki, çoxmərtəbəli binalar var, orada yeni çoxmərtəbəli tikililərə yenə də icazə veriləcək. Mərtəbələrinin sayı az olan binaların ətrafında isə hündür binaların tikintisi məhdudlaşdırılacaq. Çünki yeni hazırlanan hər bir layihənin əsas şərtlərindən biri şəhərin memarlıq üslubunu və ümumi görkəmi qorumaqdır”.
Elxan SALAHOV

1418