Ədliyyə Nazirliyi dövlət rüsumlarının məbləğini açıqlayıb - SİYAHI
11 mart 2011 11:29 (UTC +04:00)

Ədliyyə Nazirliyi dövlət rüsumlarının məbləğini açıqlayıb - SİYAHI

Nazirlikdən APA-ya bildiriblər ki, bu addım vətəndaşları dövlət rüsumları haqqında məlumatlandırmaq üçün atılıb.

Həmin siyahı belədir:
Maddə 8. Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

8.1. Məhkəməyə verilən iddia ərizələrindən:

8.1.1. iddia qiyməti 110 manatdan çox olduqda;

20 manat

8.1.2. iddia qiyməti 110 manatdan çox olmadıqda.

3 manat

8.2. İddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrindən:

8.2.1. iddia qiyməti 110 manatdan çox olduqda;

20 manat

8.2.2. iddia qiyməti 110 manatdan çox olmadıqda;

3 manat

8.2.3. hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən.

3 manat

8.3. Məhkəmə əmri haqqında ərizələrdən.

10 manat

8.4. Apellyasiya və kassasiya şikayətlərindən:

8.4.1. birinci instansiya məhkəməsinə müraciət edilərkən;

bu Qanunun 8-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun müvafiq olaraq 120 və 150 faizi

8.4.2. iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən;

10 manat

8.4.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr üzrə iddia ərizələrindən;

6 manat

8.4.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanlar tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən;

20 manat

8.4.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr üzrə iddia ərizələrindən;

5 manat

8.4.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi, hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən;

6 manat

8.4.7. vergi ödəmələri barədə mübahisələri üzrə iddia ərizələrindən;

5 manat

8.4.8. məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə;

6 manat

8.4.9. nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən;

5 manat

8.4.10. nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə;

20 manat

8.4.11. yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən qeyri əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən;

3 manat

8.4.12. müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən;

6 manat

8.4.13. qanunda nəzərdə tutulan müqavilələr üzrə mübahisələrə dair və yaxud tərəflərin razılığı ilə mübahisənin iqtisad məhkəməsinin həllinə verilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən;

10 manat

8.4.14. ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin mühafizəsi ilə bağlı ərizə və şikayətlərdən.

20 manat


Maddə 9. Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

Maddə 10. Notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə və onun müddətinin uzadılmasına görə dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

10.1. Daşınmaz əmlakın (mənzillərin, bağ evlərinin, qurğuların, tikililərin, torpaqların və başqa daşınmaz əmlakın) özgəninkiləşdirilməsi, mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün:

10.1.1. müqavilə üzrə əmlak ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə;

7 manat

10.1.2. müqavilə üzrə əmlak başqa vətəndaşlara və ya hüquqi şəxslərə keçirsə:

Bakı şəhərində;

110 manat

digər şəhər və rayonlarda;

44 manat

10.1.4. mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi üçün.

7 manat

10.2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün:

10.2.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, qardaşın, bacının mülkiyyətinə keçirsə;

25 manat

10.2.2. müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə;

50 manat

10.3. Yaşayış evlərinin tikinti işi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqi üçün:

10.3.1. müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, babaya, nənəyə, nəvəyə, valideynlərə, qardaşa, bacıya keçirsə;

3 manat

10.3.2. müqavilə üzrə istifadə hüququ digər fiziki və ya hüquqi şəxsə keçirsə.

5 manat

10.4. Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri üzrə:

10.4.1. dəyəri 2200 manatadək;

5 manat

10.4.2. dəyəri 2200 manatdan 5500 manatadək;

17 manat

10.4.3. dəyəri 5500 manatdan çox olduqda.

28 manat

10.4-1. İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:

10.4-1.1. Bakı şəhərində

110 manat

10.4-1.2. digər şəhər və rayonlarda

44 manat

10.4-2. Qanunvericiliklə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:

10.4-2.1. Bakı şəhərində

55 manat

10.4-2.2. digər şəhər və rayonlarda

22 manat

10.5. Qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün:

10.5.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə;

3 manat

10.5.2. tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə;

5 manat

10.5.3. tərəflər digər fiziki və hüquqi şəxsdirsə.

61 manat

10.6. Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi üçün:

10.6.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə;

3 manat

10.6.2. tərəflər digər fiziki və ya hüquqi şəxslərdən ibarətdirsə.

5 manat

10.7. Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün:

10.7.1. qanunla müəyyən edilən bütün növbəli vərəsələrə (şəhadətnamənin qanun üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq);

3 manat

10.7.2. vərəsə digər fiziki və ya hüquqi şəxsdirsə.

11 manat

10.8. Ər-arvadın birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi üçün.

3 manat

10.9. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi üçün:

10.9.1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilərsə;

5 manat

10.9.2. etibarnamə digər vətəndaşlara və ya hüquqi şəxslərə verilərsə.

10 manat

10.11. Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi üçün:

10.11.1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilirsə;

3 manat

10.11.2. etibarnamə digər fiziki və ya hüquqi şəxslərə verilirsə.

5 manat

10.12. Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi üçün:

5 manat

10.13. Dəniz protestlərinin tərtibi üçün.

10 manat

10.14. Vəsiyyətnamələrin təsdiqi üçün:

3 manat

10.15. Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) üçün.

2 manat

10.16. Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi, sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün.

0,25 manat

10.17. İcra qeydlərinin aparılması üçün.

5 manat

10.18. Vətəndaşların, dövlət idarə, müəssisə və təşkilatlarının, kooperativ və digər ictimai təşkilatların ərizələrinin başqa vətəndaşlara, dövlət idarə müəssisə və təşkilatlarına, kooperativ və başqa ictimai təşkilatlara verilməsi və 10.1- 10.17-ci maddələrdə göstərilən hərəkətlərdən başqa notariat hərəkətləri üçün.

3 manat

10.19. Müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda qəbulu üçün.

3 manat

10.20. Bu qanunla müəyyən edilmiş hallarda müştərinin qabaqcadan verdiyi bildiriş üzrə iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə getmək üçün.

3 manat

10.21. Notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə olduğu vaxtın hər bir saatı üçün.

3 manat

10.24. Ödəniş qiymətli kağızlarına dair təsdiq qeydi və imtina (protest) aktlarının rəsmiləşdirilməsi üçün.

2 manat

10.25. Digər notariat hərəkətlərinə görə.

6 manat

10.26. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə görə

100 manat

10.27. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin müddətinin uzadılmasına görə

50 manat


Maddə 11. Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
Maddə 12. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

12.1. Nikahın qeydə alınması üçün:

5 manat

12.2. Nikahın pozulmasının qeydə alınması üçün:

12.2.1. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında;

6 manat

12.2.2. məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən);

11 manat

12.2.3. digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə, yaxud ən azı üç il müddətinə azadlıqdan məhrum edilmiş şəxsdirsə.

2 manat

12.3. Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün.

3 manat

12.4. Doğum, nikah və nikahın pozulması, ölüm haqqında akt qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi üçün.

2 manat

12.5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsi üçün.

2 manat

12.6. Xaricdə istifadə edilməsi məqsədi ilə verilən eyni cür şəhadətnamələr üçün

11 manat

12.7. Dənizçinin şəxsiyyət sənədinin verilməsi üçün

11 manat


Maddə 13. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar
Maddə 20. Hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

20.1. Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün.

220 manat

20.2. Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün.

3 manat

20.3. Digər hüquqi şəxslərin qeydiyyatı üçün.

11 manat

20.4. Hüquqi şəxslərin yenidən qeydiyyatı üçün.

bu Qanunun 20.1 - 20.3-cü maddələrdə göstərilən məbləğin 50 faizi

20.5. Hüquqi şəxslərə qeydiyyat şəhadətnaməsinin dublikatının verilməsi üçün

2 manat

20.6. Sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsi üçün (hər səhifəyə görə)

1 manat



Maddə 20-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət rüsumundan azadolmalar
20-1.1. Dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır.
20-1.2. Dövlət orqanlarına və təsisçilərə sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışlar rüsumsuz verilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1941

Oxşar yazılar