Dövlət sifarişi üçün vəsaitləri 33 universitet bölüşdürüb
2010-2011-ci tədris ili üçün dövlət sifarişi üzrə kadr hazırlığının maliyyələşdirilməsi məqsədilə Təhsil Nazirliyinə ayrılmış vəsait 33 ali məktəbin hesabına köçürülüb.
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov martın 10-da Təhsil Nazirliyində “Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticələr və təkliflər” mövzusunda keçirilən müşavirədə belə deyib. Nazir qeyd edib ki, yeni maliyyələşmə mexanizminin tətbiqi sayəsində mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq bütün ali təhsil müəssisələri üçün bərabər imkanlar yaranıb, abituriyentlərin, tələbələrin seçim imkanlarının artıb. Onun sözlərinə görə, 2010-2011-ci tədris ilində dövlət ali məktəblərinə ödənişli əsaslarla qəbul olan və təhsil haqlarından azad edilən məcburi köçkün tələbələrin təhsil haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi ilə bağlı müvafiq sənədlər də hazırlanıb.
Misir Mərdanov bildirib ki, yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində bir sıra ali məktəblərdə dövlət sifarişi üzrə tələbə qəbulunun gözləniləndən az olub. Əvəzində ödənişli əsaslarla tələbə qəbulunun isə artıb. Onun sözlərinə görə, ali təhsil müəssisələrində büdcədənkənar vəsaitlərdən əməkhaqqına ayrılan vəsaitin artırılması nəzərdə tutulub.
Təhsil naziri yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı normativ sənədlərin hazırlandığını da söyləyib. O? həmçinin bakalavriat və magistratura səviyyələrində dövlət sifarişi üzrə təsdiq edilmiş qəbul planı barədə məlumat verib.
Müşavirədə iştirak edən maliyyə naziri Samir Şərifov isə ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı vaxtaşırı Təhsil Nazirliyi ilə müzakirələr aparıldığını deyib. Maliyyə naziri ali məktəblərdə büdcədənkənar gəlirlərdən, dövlət sifarişi əsasında kadr hazırlığına görə əldə edilən vəsaitdən istifadənin daha səmərəli təşkilinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, ali məktəblərdə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmənin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə ölkə başçısının “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli Fərmanına əsasən 2010-2011-ci tədris ilindən etibarən tətbiq olunur.
Elxan SALAHOV

819