Seldən zərər çəkmiş kəndlərin sakinlərinə kompensasiyalar verilir
Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini Vəfadar Bağırov məlumat verib. Məlumata görə, seldən əziyyət çəkən kəndlərin sakinlərinə kompensasiyalar yerli poçt şöbələrinin vasitəsi ilə verilir. Kompensasiyaların miqdarı 5 nəfər üzvü olan ailələr üçün 1000, 5 nəfərdən yuxarı üzvü olan ailələr üçün isə 1500 manat məbləğində müəyyənləşdirilib. Bu gün ilk olaraq Sabirabadın Sarısu gölünün daşmasından zərər çəkmiş Əsgərbəyli kəndinin sakinlərinə kompensasiyaların verilməsinə başlanılıb. Artıq 100-ə qədər sakin kompensasiya ala bilib. Bu kompensasiya daha 3 kəndin sakinlərinə veriləcək.
Becərilən torpaqların ziyan çəkməsinə görə də kompensasiyalar müəyyən edilib. Bu kompensasiyalar 10 min ailəyə paylanacaq. Bu gün Sabirabadın Qaragüney kəndinin sakinlərinə kompensasiyaların verilməsinə başlanılıb. Kompensasiyaların miqdarı bir hektara görə, 250 manat təşkil edir.

724