Bir it və iki pişik...
Nazirlər Kabineti "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"nı təsdiq edib. Lent.az-ın məlumatına görə, Baş nazir Artur Rasizadənin martın 9-da imzaladığı 38 saylı qərarla təsdiqlənmiş qaydalara əsasən, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir.
Bu zaman heyvan saxlayanlar baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaq əsas şərt hesab olunur. "Sanlı təbiət" guşələrində, uşaq və yeniyetmə müəssisələrində, yay və qış idman-sağlamlıq ocaqlarında, sanatoriya-kurort müəssisələrində ev heyvanlarını baytarlıq və sanitar-epidemioloji orqanların rəsmi razılığı əsasında saxlamaq olar. Şəhərdə və şəhərtipli qəsəbələrdə lazımi qaydada çəpərlənmiş və təcrid olunmuş ərazilərdə itlərin sərbəst gəzintisi təşkil edilə bilər. İri cins itlərin (senbernar, ovçarka, doq, boksyor, endelteryer, doberman-pinçer və sair) sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və "Təhlükəlidir" sözü yazılmış lövhələr vurmağa borcludurlar.
Bu qaydalar ev heyvanı saxlayan şəxslərin hüquqlarını da müəyyən edir. Qaydaların 3-cü bəndində deyilir ki, heyvan sahibi itləri ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqda olmaqla ümumi məhəllələrdə və yaxud küçələrdə gəzdirmək, onları su, hava, dəmir yolu və avtomobil nəqliyyatında (şəhərlərarası avtobuslarda) aparmaq, yerli icra hakimiyyəti orqanı tərəfindən ayrılmış xüsusi meydançalarda itləri cilovsuz və buruntaqsız gəzdirmək hüquqlara malikdir.
Bununla belə, ev heyvanlarının saxlanması ilə bağlı bəzi məhdudiyyətlər də qanuniləşdirilib. Məsələn, yeni qaydalara görə, ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandırılması, onların ictimai iaşə müəssisələrində, ərzaq məhsullarının istehsal sahələrində və ticarət obyektlərində, bazarlarda, çimərliklərdə, habelə uşaq müəssisələrində saxlanması və gəzdirilməsi qadağandır. Həmçinin ərazinin baytarlıq xidməti orqanı ilə razılaşdırılmadan ev heyvanlarının yarışlarının keçirilməsi də məhdudlaşdırılır.
Xatırladaq ki, Nazirlər Kabineti yeni qaydaları Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti orqanlarla razılaşdırılmış təklifini nəzərə alaraq təsdiqləyib.
Elxan SALAHOV

976