Rezidenturaya qəbul qaydaları müəyyənləşdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul qaydalarını (2011/2012-ci tədris ili üçün) elan edib. Komissiyanın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər malikdirlər. Rezidenturada təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, rezidenturaya yalnız təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslara qəbul oluna bilərlər.
Rezidenturaya qəbul həkimin ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisaslar üzrə aparılır. Həkimlər qəbul imtahanında iştirak etmək üçün təyin olunacaq vaxtda TQDK-nın rəsmi internet saytında “Həkimin elektron ərizəsi”ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyasına (SQK-a) tələb olunan sənədləri sənədləri şəxsən təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. Rezidenturaya qəbul olunmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul imtahanında iştirak etmək üçün “Həkimin elektron ərizəsi” formasını TQDK-dakı SQK-da şəxsən doldurmalı və yuxarıda qeyd olunan sənədlərlə bərabər, onların Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsini təqdim edib ərizələrini təsdiq etdirməlidirlər.
Həkimlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisas seçimini təsdiq etməlidirlər. Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İmtahan verdiyi proqrama aid olan ixtisasların seçimində iştirak etmək üçün həkimin imtahandan torladığı bal TQDK tərəfindən müəyyən edilən tələblərə uyğun olmalıdır.
Həkim, ali tibb təhsili bazasına uyğun olan (bitirdiyi fakültəyə müvafiq olan) rezidentura ixtisaslarını istədiyi ardıcıllıqla seçir, internet səhifəsindəki müvafiq elektron ərizə formasına daxil edir və müəyyən olunmuş müddət ərzində ixtisas seçimini təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və həkim torladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerləri olan ixtisaslara yerləşdirmə aparıla bilər.
Müsabiqə həkimin qəbul imtahanından torladığı bal əsasında aparılır. Yerləşdirilmə həkimin öz ərizəsində qeyd etdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla dövlət sifarişi ilə qəbulun proqnozu və təhsili ödənişli əsaslarla olan ixtisasların qəbul planı çərçivəsində həyata keçirilir.
Elxan SALAHOV

860