Azərbaycanda əlilliyin artım faizi sıfıra enib
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidmətinin təşkili və əlillərin reabilitasiyası sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a bildiriblər ki, müşavirədə nazir Fizuli Ələkbərov çıxış edərək son illərdə müxtəlif bölgələrdə yeni tibb müəssisələrinin istifadəyə verilməsi, səhiyyə xidmətlərinin təkmilləşməsi, eyni zamanda, tibbi-sosial ekspertiza xidmətinə nəzarətin gücləndirilməsindən danışıb. Onun fikrincə, görülən tədbirlər nəticəsində əlilliyin artım faizinin demək olar ki, sıfıra enib, əlillərin tam reabilitasiyası 5,9 faizə yüksəlib. Nazir yeni strukturda fəaliyyətini davam etdirəcək Tibbi-sosial ekspert komissiyalarının reabilitasiya göstəricilərinin daha da yüksəlməsi istiqamətində səylərini artırmalarının vacib olduğunu bildirib.
Əlillik müayinələrinin aparılması sahəsində şəffaflığın və ədalətliliyin təminatının əsas vəzifələrdən biri olduğunu vurğulayan Fizuli Ələkbərov bu sahədə korrupsiya hallarına yol verən, fəaliyyəti vətəndaşlarda haqlı narazılıq yaradan komissiyalar barədə ciddi tədbirlər görüləcəyini, qanunsuz əlillik təyinatlarına yol verən əməkdaşlar haqqında dərhal hüquq-mühafizə orqanlara məlumat veriləcəyini deyib.
Müşavirədə əlillərin yaşadıqları yerlərdə müayinələrinin aparılması üçün səyyar ekspertiza qruplarının təşkili, vətəndaşların tibbi-sosial ekspertiza xidməti ilə bağlı ərizə və şikayətlərinin yerindəcə araşdırılması üçün Respublika Tibbi-Sosial Ekspert və Bakı Protez-Ortopedik Bərpa mərkəzlərinin mütəxəssislərinin, həmçinin nazirliyin məsul əməkdaşlarının bölgələrə ezam olunması, bu işlərdə ictimai təşkilatların iştirakına şərait yaradılması, əlillərlə bağlı vahid məlumat bazasına müddətsiz əlillər haqqında dolğun məlumatların daxil edilməsi işlərinin sürətləndirilməsi məsələlərinə dair göstərişlər verilib. Yığıncaqda həmçinin əlillərə göstərilən bərpa-müalicə xidmətindən də danışılıb.
Müşavirənin sonunda Fizuli Ələkbərov nazirliyin reabilitasiya müəssisələrində hər il xeyli sayda əlilə bərpa-müalicə xidməti göstərildiyini qeyd edərək, həmin müəssisələrdə xidmətin və bərpa-müalicə proseduralarının müasir tələblərə uyğun təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, bununla əlaqədar təkliflərin hazırlanması barədə də tapşırıqlar verib.
Elxan SALAHOV

657