Toyuq yumurtasının qiyməti 12 qəpik oldu
10 mart 2011 17:36 (UTC +04:00)

Toyuq yumurtasının qiyməti 12 qəpik oldu

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımının qarşısının alınması məqsədilə monitorinqləri və araşdırmaları davam etdirir.

Lent.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, görülmüş tədbirlər nəticəsində toyuq yumurtasının topdan və pərakəndə satış qiymətinin ucuzlaşması qeydə alınıb. Belə ki, Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı yumurtanın topdansatış qiymətinin 11 qəpik, bir sıra ticarət obyektlərində isə pərakəndə satış qiymətinin 12 qəpik olduğu müşahidə edilib.

Hazırda araşdırmalar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634

Oxşar yazılar