Orta məktəblərdə yaz tətilinin müddəti uzadılıb
Azərbaycanın orta ümumtəhsil məktəblərində yaz tətilinin müddəti dəyişdirilib. Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsini (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib.
Onun sözlərinə görə, adi qaydada məktəblilərin yaz tətili günləri 17-23 mart hesab olunurdu. Lakin Azərbaycan Nazirlər Kabinetinin Novruz bayramı günlərində qeyri-iş günləri ilə bağlı verdiyi qərardan sonra məktəblilərin yaz tətilinin müddəti də uzadılıb. Z. Əliqızı deyib ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, 5 günlük qrafiklə işləyən məktəblərdə dərslər martın 28-da, 6 günlük qrafiklə işləyən məktəblərdə isə martın 26-da başlayacaq.

684