Azərbaycan Prezidenti evlərin qeydiyyatı probleminin həlli üçün göstəriş verib
“Biz evlərin qeydiyyata alınması problemini həll etməliyik. Ancaq elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. Şəxsən məni bu məsələnin həlli ilə bağlı ən çox narahat edən məhz bu mənfi hallar və onların mümkünlüyüdür. Çünki o evlər qeydiyyata alınmalıdır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə deyib.
Dövlət başçısı qeydiyyata alma zamanı əsassız tələblərin irəli sürülə, rüşvət, əsassız maraqların ola biləcəyinin sirr olmadığını bildirib: “Bu da reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər. Ona görə bu mexanizm işlənilməli, çox ciddi təftiş aparılmalıdır ki, hansı evlər qeydiyyata alınmalıdır, o evlər necə tikilib”.
Prezident onu da əlavə edib ki, gələcəkdə qanunsuz evlərin tikintisinə yol verilməməlidir: “Yoxsa indi sənədsiz, qanunsuz tikilmiş evləri qeydiyyata alacağıq, sonra yenə qanunsuz yollarla torpaq sahələri veriləcək və evlər tikiləcək. Bizdə əfsuslar olsun ki, keçmişdə bu praktika olub. Bir neçə gün ərzində daş tökür, binanı qaldırırlar, sonra da deyirlər ki, mən burada yaşayıram, sənəd verin. Belə olmaz. Biz axı indi müasir şəhərdə, müasir dövlətdə yaşayırıq. Burada qanunun aliliyi hər yerdə bərqərar olunmalıdır. Bütün bu məsələlər qanun çərçivəsində tənzimlənməlidir. Ona görə çox səmərəli mexanizm hazırlanmalı, işlənilməli və mənə təqdim edilməlidir. O təqdirdə bu məsələ həllini tezliklə tapa bilər”.

690