Dəmiryolçular gücləndirilmiş rejimdə işləyəcək
10 mart 2011 11:35 (UTC +04:00)

Dəmiryolçular gücləndirilmiş rejimdə işləyəcək

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi qarşıdan gələn Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək. QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Lent.az-a bildirib ki, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün Sərnişin daşımaları Departamentinin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulmasını təmin edir. Onun sözlərinə görə, görülən tədbirlərin sayəsində adi günlərdə əgər gün ərzində 2000-2500 sərnişin daşınırdısa, bayram günlərində 4000-5000 sərnişinin daşınmasına nail olunur.


Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışının tətbiqinə başlayıb. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçiriləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar