Prezident İlham Əliyev: “Yumurtanın qiymətini şişirdənlər cəzalandırılacaq”
10 mart 2011 11:33 (UTC +04:00)

Prezident İlham Əliyev: “Yumurtanın qiymətini şişirdənlər cəzalandırılacaq”

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə deyib. Dövlət başçısı bu yaxınlarda yumurtanın qiymətinin kəskin artmasına diqqət çəkib: “Mən göstəriş verdim ki, araşdırsınlar. Biz özümüzü yumurta ilə təmin edirik. Yumurta Azərbaycanda istehsal edilir, demək olar ki, idxal olunmur. Onda nə üçün qısa müddət ərzində yumurtanın qiyməti bir neçə dəfə qalxdı? İndi iyirmi qəpikdən artıqdır. Bunu kim edir? Araşdırırıq bu məsələni. Burada sırf inhisarçılıq, istehsal sahəsində inhisarçılıq var. Buna dünyada “Kartel sövdələşməsi” deyirlər. Bu, sırf “Kartel sövdələşməsi”nin təzahürüdür. Mən dərhal göstəriş verdim ki, yumurtanın qiymətini süni şəkildə şişirdənlər məsuliyyətə, cinayət məsuliyyətinə cəlb olunsunlar. Cinayət işi açılıb və bunu edənlər cəzasını alacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar