Sərnişin qatarlarının hərəkət cədvəli dəyişdi
10 mart 2011 11:04 (UTC +04:00)

Sərnişin qatarlarının hərəkət cədvəli dəyişdi

0
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müvafiq əmrinə əsasən, bəzi mənzil və sahələrdə qatarların hərəkət sürətinin dəyişdirilməsi ilə əlaqədar olaraq, yerli sərnişin qatarlarının hərəkət cədvəlləri 20 mart 2011-ci ildən etibarən qismən dəyişdiriləcək.


“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Lent.az-a bildirib ki, dəyişiklik ölkədaxili sərnişin qatarlarının hamısına şamil olunur. Belə ki, 96-97 saylı Bakı-Ağstafa-Bakı firma qatarı saat 23-05-də Bakıdan yola düşəcək, saat 10-20-də Ağstafaya çatacaq. Saat 19-50-də Ağstafadan yola düşəcək, saat 8-30-da Bakıya çatacaq.


656-664/655-663 saylı Bakı-Köçərli-Balakən-Bakı sərnişin qatarı saat 22-15-də Bakıdan yola düşəcək, saat 7-35-də Köçərliyə, saat 11-05-də Balakənə çatacaq, saat 18-30-da Balakəndən, saat 21-40-da Köçərlidən yola düşəcək, saat 7-51-də Bakıya çatacaq.


660-672/659-671 saylı Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı saat 23-55-də Bakıdan yola düşəcək, saat 8-25-də Horadizə, saat 9-45-də Astaraya çatacaq, saat 19-50-də Astaradan, saat 21-15-də Horadizdən yola düşəcək, saat 6-44-də Bakıya çatacaq.


662-666/661-665 saylı Bakı-Qazax-Böyük Kəsik-Bakı sərnişin qatarı saat 22-35-də Bakıdan yola düşəcək, saat 12-35-də Qazaxa, saat 13-10-də Böyük Kəsiyə çatacaq. Saat 18-40-da Böyük Kəsikdən, saat 19-40-da Qazaxdan çıxacaq, saat 9-58-də Bakıya çatacaq.


602-/601 saylı Bakı-Gəncə-Bakı “Ekspres” qatarı saat 7-20-də Bakıdan yola düşəcək, saat 14-50-də Gəncəyə çatacaq. Saat 15-30-da Gəncədən yola düşəcək, saat 23-40-da Bakıya çatacaq.


616-/615 saylı Bakı-Mingəçevir-Bakı “Ekspres” qatarı saat 16-50-də Bakıdan yola düşəcək, saat 0-20-də Mingəçevirə çatacaq. Saat 7-45-də Mingəçevirdən yola düşəcək, saat 15-30-da Bakıya çatacaq.


618-/619 saylı Bakı-Astara-Bakı “Ekspres” qatarı saat 7-40-da Bakıdan yola düşəcək, saat 15-00-da Astaraya çatacaq, saat 15-40-da Astaradan yola düşəcək, saat 23-30-da Bakıya çatacaq.


Bundan başqa beynəlxalq istiqamətdə hərəkət edən 38/37 saylı Bakı-Tbilisi-Bakı sürət qatarının hərəkət cədvəlində də dəyişikliklər edilib. Belə ki, 38/37 saylı Bakı-Tbilisi-Bakı sürət qatarı saat 21-20-də Bakıdan (Bakı vaxtı ilə) yola düşəcək, saat 13-25-də Tbilisiyə (Tbilisi vaxtı ilə) çatacaq. Saat 18-00-da Tbilisidən (Tbilisi vaxtı ilə) çıxacaq, saat 11-05-də Bakıya (Bakı vaxtı ilə) çatacaq.


Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1837

Oxşar yazılar