Səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşdi
                                    
                                    0
                                
                                    0
                                
                                Səhiyyə idarə və müəssisələrinin elektron poçt vasitəsilə informasiya mübadiləsi prosesinin təkmilləşdirilməsi məqsədilə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən “esehiyye.az” internet domenində yeni elektron poçt server quraşdırılaraq istifadəyə verilib. 
Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni e-poçt xidməti tam Azərbaycan dilinə tərcümə edilib. Xidmətdən istifadə etmək üçün 220 tibb idarə və müəssisəsinə e-poçt ünvanı qeydiyyatdan keçirilib, istifadəçi adı, şifrəsi və istifadə qaydaları ilə birlikdə fərdi şəkildə müəssisələrə təqdim edilib.
Bununla da tibb müəssisələri Səhiyyə Nazirliyi və bir-biri ilə elektron sənədlərin məlumat mübadiləsini daha da operativ, təhlükəsiz və stabil həyata keçirmək imkanı qazanıb.