DəmirBank Yevlax şəhərində yaşıllaşdırma işlərində iştirak edib
DəmirBank “Korporativ Sosial Məsuliyyət Strategiyasına” uyğun olaraq, sosial layihələrə mühüm əhəmiyyət verir.
Lent.az xəbər verir ki, “2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan edilməsi ilə bağlı, DəmirBank ölkədə aparılan yaşıllaşdırma və ağac əkmə tədbirlərində iştirak edib. Bankın filialının yerləşdiyi Yevlax rayonunun coğrafi mövqeyini və strateji nəqliyyat qovşağı təşkil etməsini nəzərə alaraq, abadlaşdırma və ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə DəmirBank Yevlax rayonunda yaşıllaşdırma işlərinə maliyyə dəstəyi göstərib” – deyə, İdarə Heyəti Sədrinin müavini Yusif Cabbarov bildirib.
Bankın maliyyə dəstəyi ilə Yevlax şəhərinin mərkəzi parkında 2010-cu ilin payız aylarında abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib. DəmirBank Korporativ Sosial Məsuliyyət strategiyasına əsasən təbiətin və ətraf mühitin qorunmasını ciddi öhdəlik hesab edir. DəmirBank ekoloji qaydalara riayət edir, ekoloji riskləri olmayan sahələri maliyyələşdirir, yaşıllaşdırma və bu kimi ekoloji tədbirlərdə iştirak edir.
Həmçinin qeyd etmək lazımdır ki, bu kimi işlərin nəticəsi olaraq DəmirBank-ın 2010-cu ilin sonunda “Ekologiyanın Dostu” Milli Mükafatı ilə təltif edilib.

528