“Çoxfunksiyalı korroziya inhibitorları” dövlət standartı təsdiqləndi
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, standartın tətbiq vaxtı martın 10-dan müəyyən edilib.
Çoxfunksiyalı korroziya inhibitorları neft istehsalı və neft emalı sənayesində avadanlıqların korroziyadan qorunması üçün istifadə olunur. Çoxfunksiyalı korroziya inhibitorları istifadə sahələrinə görə 3 növdə istehsal olunur:
- “Kasri” - nitrobirləşmələrin hidrogenləşməsindən alınır. "Kasri" inhibitoru mədən avadanlıqlarının hidrogensulfid korroziyasından müdafiəsi məqsədilə istifadə edilir;
- “Kasri-X” - tərkibində azot və ogsigen saxlayan birləşmələrin kompozisiyasından ibarətdir. "Kasri-X" baktersid-korroziya inhibitoru neft istehsalı və neft emalı sənayesində əsasən xlor və sulfid ionları olan mühitdə korroziyadan qorunması üçün istifadə edilir;
- “Kasri-XM” - tərkibində azot, fosfor və oksigen saxlayan birləşmələrin komrozisiyasından ibarətdir. Bu korroziya inhibitoru neftçıxarma və neft emalı sənayesində avadanlıqların kimyəvi və bioloji korroziyadan qorunmasında istifadə edilir.

966