Qadınların günündə də qar, yağış yağacaq
08 mart 2011 08:00 (UTC +04:00)

Qadınların günündə də qar, yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 8-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, martın 8-də şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.


Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. martın 7-i axşamdan 8-i səhərədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin yüksəlməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli enməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Sonrakı iki gün ərzində meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831

Oxşar yazılar