“Tarixə adını yazan qadınlar”
Lent.az-ın məlumatına görə, 3 cilddən ibarət kitabda tarixin müxtəlif dövrlərində ədəbiyyat, siyasət, dövlət quruculuğu və biznes dünyasında böyük işlər görmüş 100 məşhur qadının həyat və fəaliyyəti haqqında oçerklər toplanıb.
“Tarixə adını yazan qadınlar” kitabının birinci cildinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, ikinci cildinə Latviya prezidenti Vike Freyberq və kitabın məsləhətçisi Aybəniz Turan, üçüncü cildinə isə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura öz söz yazıb. “Tarixə adını yazan qadınlar” kitabının redaktoru Əkbər Qoşalıdır.
Təqdimat mərasimində çıxış edən Hicran Hüseynova “Tarixə adını yazan qadınlar” kitabının çox gərəkli və gözəl bir kitab olduğunu söyləyib.
Qadınları qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə təbrik edən Qənirə Paşayeva çıxışında bu kitabı yazmasının səbəblərinə aydınlıq gətirib. Qənirə Paşayeva deyib ki, həm gənc yaşlarında dünya ölkələrini gəzib, Əfqanıstan kimi ölkələrdə qadınların hələ də hüquqsuz olduğunu görüb, həm də tarix kitablarını oxuyan zaman tarix yazan qadınlar barədə tarixin “xəsisliklə yazdığı”nın şahidi olub: “Əvvəlcə bu 100 qadın haqqında material Lent.az saytında dərc olundu və geniş oxucu kütləsi qazandı. Lenta.z saytının baş direktoru Qabil Abbasoğlu bu yazılardan ibarət kitab buraxmağı təklif etdi və biz belə bir kitab dərc etdik”.
Tədbirdə çıxış edən ziyalılar, deputatlar kitabla bağlı fikirlərini dilə gətiriblər.

1964