Müdafiə Nazirliyinin 43 hərbi şəhərciyində tikinti, yenidənqurma və təmir işləri aparılır
07 mart 2011 11:22 (UTC +04:00)

Müdafiə Nazirliyinin 43 hərbi şəhərciyində tikinti, yenidənqurma və təmir işləri aparılır

Hazırda bu işlər davam etdirilir və növbəti illər üçün də yerinə yetiriləcək quruculuq vəzifələri planlaşdırılır. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Müdafiə Nazirliyinin 43 hərbi şəhərciyində tikinti, yenidənqurma və təmir işlərinin təxmini statistikası aşağıdakı kimidir.


Ümumi sahəsi 47 050 kv.m olan 6 “əsgər yataqxanası”, ümumi sahəsi 18 735 kv.m olan 2 “əsgər yeməkxanası”, ümumi sahəsi 5 741 kv.m olan 2 “qərargah”, ümumi sahəsi 4 472 kv.m olan 2 “tibb məntəqəsi”, ümumi sahəsi 28 462 kv.m olan 3 “yaşayış”, ümumi sahəsi 2 320 kv.m olan 2 “qazanxana, hamam, camaşırxana”, sahəsi 17 600 kv.m olan «cərrahiyyə korpusu», sahəsi 4 918 kv.m olan «inzibati» binaları tikilərək istifadəyə verilib.


Ümumi sahəsi 46 387 kv.m olan 5 «əsgər yataqxanası», ümumi sahəsi 13 798 kv.m olan 2 «əsgər yeməkxanası», ümumi sahəsi 5 851 kv.m olan 2 «qərargah», ümumi sahəsi 4 472 kv.m olan 2 «tibb məntəqəsi», ümumi sahəsi 85 858 kv.m olan 6 «yaşayış», ümumi sahəsi 2 204 kv.m olan 2 «qazanxana, hamam, camaşırxana» binası hazırda tikilir.


Sahəsi 2 258 kv.m olan «klub-yeməkxana», sahəsi 3 414 kv.m olan «cərrahiyyə şöbəsi», sahəsi 30 173 kv.m olan «8 mərtəbəli müalicə korpusu», ümumi sahəsi 11 000 kv.m olan «yataq korpusu», ümumi sahəsi 33 000 kv.m olan «tədris korpusu» binalarında əsaslı təmir işləri yerinə yetirilir.


«Gəncə-72», «Dəllər-1», «Şəmkir-3», «Seyfəli-1», «Gədəbəy (Saratovka)», «Gədəbəy (Başkənd)», «Zığ-72», «Bərdə-1», «Sarıcalı-1», «Beyləqan (Milabad)» hərbi şəhərciklərində ümumi sahəsi 922 kv.m olan 15 «qazanxana» binaları inşa edilib, müasir tipli texnoloji avadanlıqlar ilə təchiz olunub, ümumi uzunluğu 17 850 metr olan ərazidaxili istilik xətləri və 52 binada binadaxili istilik sistemləri çəkilib.


«Bakı-52», «Bakı-55», «Qırmızı Şərq-1», «Qırmızı Şərq-49», «Ağstafa-3», «Pirəküşkül-2» hərbi şəhərciklərində yerləşən qazanxana binaları təmir olunub.
«Qırmızı Şərq-1», «Zığ-7», «Ağstafa-3» və «Pirəküşkül-2» hərbi şəhərciklərində yerləşən 14 binanın daxili istilik sistemləri yenidən qurulub.
«Beyləqan (Milabad)», «Şamaxı (Qızmeydan)», «Şamaxı (Qurbançı)», «Şamaxı (Sündü)», «Kömürkey» hərbi şəhərciklərində ümumi uzunluğu 7 500 metr olan maqistral yüksək gərginlikli elektrik xətləri çəkilib.



«Qaraheybət-1», «Üçtəpə-1», «Biləcəri-190», «Güzdək-1», «Gəncə-38», «Gəncə-76», «Gəncə-84» və «Gəncə-111» hərbi şəhərciklərində 8 «əsgər yataqxanası» və 8 «əsgər yeməkxanası» binalarında daxili təmir işləri yerinə yetirilib. Ümumi sahəsi 18 750 kv.m olan 24 «texniki» binanın dam örtüyü təmir olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar