Nazir Oğuzda da müşavirə keçirdi
Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi ilə bu gün Oğuz rayonunda nazirliyin bölgə üzrə zona müşavirəsi keçirilib. Müşavirədə nazirliyin bu bölgədəki strukturlarının fəaliyyətində şəffaflığın təminatı və əhaliyə göstərilən xidmətin vəziyyəti müzakirə olunub.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, müşavirədə nazir Füzuli Ələkbərov da çıxış edib. O, Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışının dövlət orqanları qarşısında yeni məsul vəzifə müəyyən etdiyini vurğulayıb. Fizuli Ələkbərov son iki ildə ölkə iqtisadiyyatında, həmçinin sosial sahədə əldə olunan nailiyyətləri diqqətə çatdırıb, əhaliyə xidmətin yaxşılaşdırılmasının, görülən işlərdə şəffaflığın təminatının, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsinin dövlət başçısının daim diqqətində olduğunu bildirib.
Ünvanlı dövlət sosial yardımının təyinatı və ödənişi, tibbi-sosial ekspertiza müayinələrinin aparılması, əlillərin reabilitasiyası, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahələrində şəffaflığın artırılmasının vacibliyini qeyd edən nazir dövlət qayğısının əhaliyə çatdırılmasında hər hansı qanunsuzluq halına, korrupsiya faktına, məsuliyyətsizliyə yol verən işçilərlə bağlı ciddi tədbirlər görüləcəyini deyib.
Nazir, həmçinin ünvanlı dövlət sosial yardımının ödənişində hətta ucqar yaşayış məntəqələrində yaşayanlar da əhatə edilməklə kart sisteminin tam tətbiq edilməsini, ünvanlı yardım təyin olunanlara ödəniş kartlarının artıq Əhalinin Sosial Müdafiəsi Mərkəzləri tərəfindən deyil, məhz banklar tərəfindən təqdim olunmasını tapşırıb. Onun sözlərinə görə, hər hansı mərkəzdə bir ədəd belə kart aşkar edildiyi halda, həmçinin əlillik təyinatında qanunsuzluğa yol verildiyi təqdirdə bu barədə dərhal hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Fizuli Ələkbərov aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi, iş yerlərində əmək müqavilələrinin bağlanılmasına və qeyri-leqal əmək fəaliyyətinin aşkarlanmasına nəzarətin artırılması, işəgötürənlərlə əməkdaşlıq şəraitində peşə hazırlığı işinin daha gücləndirilməsi, yeni sınaq işlərinə başlanılan “özünədəstək” layihəsinin icra mexanizminin sadələşdirilməsi, bu sahədə də ictimai nəzarət imkanlarının daha da genişləndirilməsi barədə ciddi tapşırıqlar verib.
Müşavirənin sonunda Fizuli Ələkbərov bölgədə yaşayan ayrı-ayrı vətəndaşları qəbul edərək onların müraciətlərini dinləyib. Müraciətlərdə qaldırılan məsələlərin qanunamüvafiq həlli barədə müvafiq strukturların məsul şəxslərinə tapşırıqlar verib.
Elxan SALAHOV

974