Ünvanlı sosial yardımın yeni formasının tətbiqinə başlandı
Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılmasına aktiv tədbirlər vasitəsilə və onların mövcud daxili resurslarından istifadə olunmaqla kömək göstərilməsi məqsədilə hazırlanan “Özünədəstək”-ünvanlı sosial yardım layihəsi ilə bağlı sınaq işlərinə start verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a bildiriblər ki, layihənin ilkin olaraq Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Vahidli kəndində sınaqdan keçirilməsi qərara alınıb. Tovuz rayon mərkəzindən 12 kilometr aralıda yerləşən və Ermənistanla 5 kilometrlik sərhədi olan Vahidli kəndi 1150 sakinin yaşadığı 325 ev təsərrüfatından ibarətdir. Ümumi otlaq sahəsi olan kənd təmas xəttində yerləşdiyi üçün burada torpaq islahatı aparılmayıb. Əsasən, maldarlıq və qismən əkinçiliklə məşğul olan kənd əhalisinin 16 faizi (başqa sözlə, 52 ailə) ünvanlı dövlət sosial yardımı alır ki, bu da həmin kənddə yoxsulluq səviyyəsinin digər yerlərlə müqayisədə daha yüksək olduğunu göstərir. Vahidli kəndində yerli şərait və kənd əhalisinin təcrübəsi nəzərə alınmaqla burada “Özünədəstək”-ünvanlı sosial yardım layihəsi vasitəsilə maldarlığın inkişaf etdirilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yoxsulluq problemləri və ünvanlı yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov və Tovuz rayon ƏSMM-nin məsul şəxsləri həmin kəndin əhalisi ilə görüşüb, yeni layihənin mahiyyət və məqsədləri barədə məlumat veriblər. Qeyd olunub ki, Vahidli kəndində ünvanlı yardım təyin olunan 52 ailədən 15 ailənin “Özünədəstək” layihəsinə cəlb edilməsi qərara alınıb. Layihəyə cəlb olunacaq ailələrin ünvanlı yardım almaq hüququnun olması, tərkibində uşaqlar və həmçinin əmək qabiliyyətli üzvünün olması, mal-qara saxlamaq üçün tövləsinin, yaxud əkib –becərmək üçün torpaq sahəsinin olması və s. vacib şərtlərdəndir. Eyni zamanda onlar veriləcək vəsaitlə ailə təsərrüfatlarında hansı işlərin görüləcəyi ilə bağlı ailə planı təqdim etməlidir.
Nazirlikdə bildirirlər ki, belə ailələrin seçilməsində şəffaflığın və ədalətliliyin təminatı üçün həmin ailələr kənd icra və bələdiyyənin nümayəndələrindən, yerli ağsaqqallardan, seçiləcək fəaliyyət növü üzrə mütəxəssislərdən ibarət Şura tərəfindən müəyyən ediləcək. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi, QHT-lər, KİV-lər, həmkarlar və digər təşkilatların nümayəndələri Şuranın işində müşahidəçi qismində iştirak edə biləcək.
Layihə ünvanlı yardım təyin olunan ailəyə alınacaq mal və ya materialların qiymətindən asılı olaraq, ona həmin ünvanlı yardımın 1 illik, yaxud 6 aylıq ümumi məbləğinin əvvəlcədən birdəfəlik formada ödənilməsini nəzərdə tutur. Həmin vəsaitlə ailəyə mal və materialların alınması Şuranın iştirakı ilə həyata keçiriləcək. Məlumat üçün bildirək ki, cari il ərzində Masallı, İsmayıllı və Quba rayonlarında da bu istiqamətdə pilot işləri aparılacaq və gələn ildən layihə ölkənin bütün rayonlarını əhatə edəcək.
Elxan SALAHOV

1119