MSŞT Koalisiyasının üzvləri Parisdədir
Fransanın paytaxtı Paris şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 5-ci beynəlxalq konfrans keçirilir.
Lent.az-ın məlumatına görə, konfransa Azərbaycandan həm hökumət, həm də vətəndaş cəmiyyəti üzvlərindən ibarət nümayəndə heyətləri qatılıb. Tədbirdə hökuməti Neft Fondunun Mədən sənayesində şəffaflıq təşəbbüsü üzrə katibliyin rəhbərliyi təmsil edir. Vətəndaş cəmiyyətindən isə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvləri - MHŞT Koalisiyasının koordinatoru Qubad İbadoğlu, Koalisiyanın Şura üzvləri Sabit Bağırov, Əliməmməd Nuriyev, Razi Nurullayev, İlham Hüseynli və İnqilab Əhmədov təmsil olunur.
Konfransda çıxış edən Qırğızıstanın hazırkı prezidenti Roza Otunbayeva öz ölkəsinin bu sahədəki uğurlarından, əvvəlki hakimiyyət dövründə baş verən korrupsiyadan danışıb və vəd verib ki, mədən sənayesi gəlirlərinin aşıqlanmasında hökumət vətəndaş cəmiyyəti ilə birgə işləmək fikrindədir. Konfransda çıxış edənlər MHŞT-nin genişləndirilməsinə dair müxtəlif təkliflərlə çıxış ediblər. Onlar təklif ediblər ki, MHŞT çərçivəsinə kontraktların şəffaflığı və xərclərin səmərəliliyi məsələləri də daxil edilməlidir. Konfransda, həmçinin Azərbaycanda fərdi hesabatlığa keçid məsələləri müzakirə olunub. Artıq bunun üçün konkret işlərin görülməsinin vacibliyindən danışılıb.
Tanzaniya prezidentinin də qatıldığı konfransa Fransanın dövlət başçısı Sarkozinin, habelə Corc Sorosun çıxış edəcəyi gözlənilir. MHŞT üzrə hökumət Komissiyasının sədri, İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov isə artıq çıxış edib. Fond rəhbəri çıxışında Azərbaycanın MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi uğurlardan bəhs edib. Şahmar Mövsümov bildirib ki, Şəffaflıq Təşəbbüsünün tətbiqi nəticəsində hər bir vətəndaş hər barel neft, hər kub metr qazın satışından hökumətin əldə etdiyi hər dollar vəsait barədə məlumat ala bilər.
Xatırladaq ki, bu beynəlxalq tədbirə neftlə zəngin olan, yəni dövlət gəlirlərində mədən sənayesinin payı 25 faizdən çox olan ölkələrin nazirləri, eyni zamanda mədən sənayesi, energetika, neft nazirləri, fond rəhbərləri tədbirə qatılıb. Tədbirdə Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər dünyanın aparıcı təşkilatları yüksək səviyyədə təmsil olunur.
Elxan SALAHOV

538