Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə 44 müraciət daxil olub
03 mart 2011 10:45 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə 44 müraciət daxil olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2011-ci ilin yanvar ayı ərzində Nazirliyin “Qaynar xətt”inə 44 müraciət daxil olub və nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb.


Yaşıllıqların mühafizəsi ilə əlaqədar 36, havadan gələn kəskin qoxu ilə bağlı 2, məişət tullantılarının qalaqlanması ilə bağlı 3, yerin təkindən istifadə ilə əlaqədar 2, səs-küylə əlaqədar isə 1 müraciət daxil olub. Yaşıllıqların mühafizəsi ilə əlaqədar daxil olmuş müraciətlərdən 29-u nazirliyin əməkdaşları tərəfindən araşdırılıb və qanuna müvafiq tədbirlər görülüb. 7 müraciət isə təsdiqini tapmayıb.


Havadan gələn kəskin qoxu, məişət tullantılarının qalaqlanması, yerin təkindən istifadə, səs-küy ilə əlaqədar daxil olmuş 8 müraciət nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmamış və həmin ərazilər nəzarətə götürülüb: “Əfsuslar olsun ki, daxil olan şikayətlərin əksəriyyəti araşdırılarkən şikayətçilər iştirakdan imtina edib və aparılan araşdırma zamanı onların şəxsi-qərəzlik zəminində şikayət etdikləri məlum olub”.


Xatırladaq ki, 2002-ci ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyində ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməsini təmin etmək məqsədilə “Qaynar xətt”– rabitə əlaqəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1405

Oxşar yazılar