1486 nəfərin yaşadığı kənddə sel təhlükəsi
Xaçmaz rayonunun Alekseyevka kəndinin sakinləri kəndin ərazisindən keçən Qusarçayda suyun artacağı təqdirdə kəndin su altında qalacağından ehtiyatlanır. Sakinlər Lent.az-ın bölgə müxbirinə bildiriblər ki, çayın yaşayış məntəqəsindən keçən hissəsində sahilqoruyucu bənd yoxdur. Onların sözlərinə görə, ötən ilin yaz aylarında çaya gələn sel kənd sakinlərinə məxsus əkin sahələrinə, bağlara və yaşayış evlərinə ziyan dəyib. Ötən il kənddə gələn sel Qıraqlı və Alekseyevka kəndlərini birləşdirən piyada körpüsünü də yararsız vəziyyətə salıb. Ötən ilki təbii fəlakətdən sonra ərazidə bəndqurma işlərinə başlanılsa da sonradan bu proses yarımçıq qalıb.
Alekseyevka kənd bələdiyyəsinin sədri Cahangir Eyyubovun Lent.az-a verdiyi məlumata görə, problemlə bağlı aidiyyatı qurumlara xəbərdarlıq olunub. Amma hələ ki heç bir nəticəsi yoxdur. Bələdiyyə sədri Qusarçayda suyun səviyyəsinin artacağı təqdirdə təbii fəlakətin qaçılmaz olduğunu bildirir. Çünki çayın yatağı daşlarla dolub və sahillə bərabərləşib.
Qeyd edək ki, Alekseyevka kəndi rayon mərkəzində 24 km uzaqlıqda yerləşir. Yaşayış məntəqəsində 350 ev və 746 təsərrüfat var. Əhalisi 1486 nəfərdir. Kəndin 4 km-lik ərazisi Qusarçayın sahilində yerləşir. Bunun da 2 km-də bənd yoxdur. Qusarçay şimal bölgənin ən gursulu çaylarından biridir. Yaz aylarında dağlarda qarın əriməsi nəticəsində çayda suyun səviyyəsi bir neçə dəfə artır.
Vəli Turan

1490