Ukraynada Azərbaycan dilində qəzet çıxacaq
Lent.az-ın məlumatına görə, qəzetin təsisçisi Ukraynada fəaliyyət göstərən “Demokratiyanın nəbzi” Beynəlxalq ictimai təşkilatıdır.
Təşkilatın rəhbəri Hikmət Cavadov bildirib ki, “Azərbaycanın sözü” azərbaycanlılıq və dövlətçilik prinsiplərinə xidmət edəcək. Qəzet Azərbaycanın tarixi, milli mənəvi dəyərləri, mədəniyyəti, adət-ənənələri mövzularına daha çox üstünlük verəcək. Oxucular həmçinin Azərbaycanın tarixi şəxsiyyətləri, görkəmli elm, mədəniyyət və incəsənət xadimləri ilə də qəzet vasitəsi ilə yaxından tanış olacaqlar. Ermənistanın Azərbaycana qarşı əsrlər boyu yürütdüyü xəyanətkar siyasət və Qarabağ mövzusu xüsusi rubrika ilə qəzetdə öz əksini tapacaqdır.
Bunlarla yanaşı “Azərbaycanın sözü” dost Ukrayna xalqının həyatından da bəhs edən materialları da azərbaycanlı oxuculara təqdim edəcəkdir. H.Cavadov qeyd edib ki, doğma dilimizdə olan qəzetin Novruz ərəfəsində işıq üzü görməyi təsadüfi deyil. Bu Ukraynada yaşayan yüz minlərlə azərbaycanlı üçün Novruz töhfəsidir.
“Azərbaycanın sözü” qəzetinin şef redaktoru Hikmət Cavadov, baş redaktoru isə Azər Qardaşlıdır.

763