Misir Mərdanov: “Şagirdlərin müəllimi təbrik etməsində qəbahət yoxdur”
02 mart 2011 12:21 (UTC +04:00)

Misir Mərdanov: “Şagirdlərin müəllimi təbrik etməsində qəbahət yoxdur”

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov 8 mart bayramı ərəfəsində məktəblərdə şagirdlərdən pul yığılmasına münasibət bildirərkən belə deyib.

Onun fikrincə, hər kəs öz müəlliməsini arzu və istəyinə uyğun olaraq bu və ya digər şəkildə təbrik edə, hədiyyə ala bilər. Bununla belə, nazir bildirib ki, istər 8 mart bayramı ərəfəsində, istərsə də digər bayramlarda məktəblərdən pul yığılması təhsil sisteminə zərbə vurmamalı, müəllim nüfuzuna xələl gətirməməlidir: “Mən məktəblərdə hər hansı ad altında şagirdlərdən, valideynlərdən pul yığılmasının əleyhinəyəm. Bununla belə, kimsə öz müəllimini təbrik etmək istəyirsə, burada da qəbahət yoxdur. Yəni, belə hallar təhsilin, müəllimin, məktəbin nüfuzuna xələl gətirməməlidir”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668

Oxşar yazılar