Bakının 7 məktəbinin məzunu ali məktəbə daxil ola bilməyib
02 mart 2011 10:50 (UTC +04:00)

Bakının 7 məktəbinin məzunu ali məktəbə daxil ola bilməyib

2010-cu ildə ali məktəblərə qəbul imtahanında Bakının 316 məktəbinin məzunları iştirak edib. Lent.az-ın məlumatına görə bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, ötən imtahanlarda paytaxtın 7 məktəbinin heç bir məzunu ali məktəblərə qəbul oluna bilməyib. Bir məktəbin abituriyentlərinin orta nəticəsi isə 100 baldan aşağı olub.

M.Abbaszadə həmçinin qeyd etdi ki, keçən il Bakının əlaçı abituriyentlərinin 3,85 faizi 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərənlər isə 74,18 faiz təşkil edib. O bildirib ki, 2010-cu il ali məktəblər qəbul imtahanlarında paytaxt abituriyentlərindən 19,74 faizi 0-100 bal, 20,38 faizi 100-200 bal, 20,94 faizi 200-300 bal, 28,01 faizi 500 baladək, 10,94 faizi isə 500 baldan çox nəticə göstərib. Beləliklə, abituriyentlərin 38, 94 faizi 300 baldan çox toplaya bilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549

Oxşar yazılar