Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Bakıdadır
01 mart 2011 19:40 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Bakıdadır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regional Bürosunun direktoru Jujanna Yakabın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ÜST rəsmilərini bu gün nazir Oqtay də qəbul edib. Qonaqları səmimi salamlayan nazir ÜST-lə Azərbaycanın əlaqələrinin tarixindən danışıb. Oqtay Şirəliyev bildirdi ki, bu münasibətlər 1992-ci ildən etibarən başlanıb və daha da inkişafı və genişləndirilməsi üçün Səhiyyə Nazirliyi kifayət qədər səy göstərib və buna nail olub. Nazir qeyd edib ki, ölkə səhiyyəsində görülən bir çox işlər, atılan addımlar və yeniliklər daim ÜST-ün dəstəyi ilə həyata keçirilir.

Jujanna Yakob isə öz növbəsində ÜST-lə Azərbaycanın uğurlu münasibətlərindən danışaraq bu münasibətlərin gələcəkdə də genişləndirilməsi üçün bütün səylərdən istifadə edəcəklərini vurğulayıb. Sonda səhiyyə naziri Oqtay Şirəliyev və ÜST Avropa Regional Bürosunun direktoru Jujanna Yakab 12-15 sentyabr 2011-ci il tarixləri arasında Bakıda keçiriləcək ÜST-nin Avropa Regional Komitəsinin illik sessiyası ilə bağlı öhdəliklərin icrası və hazırlıq işlərinin görülməsi üçün əməkdaşlığa dair saziş imzalayıblar.

Xatırladaq ki, Regional Komitə çərçivəsində Azərbaycana ÜST-nın Avropa Regionu üzrə 53 Üzv Dövlətdən 300-dən artıq yüksək vəzifəli məsul səhiyyə işçiləri Azərbaycana səfər edəcəklər. Onlar ümumavropa səviyyəsində yeni səhiyyə siyasətinin inkişaf etdirilməsi də daxil olmaqla, Regionda ictimai səhiyyə qarşısında duran problemlərin həlli yollarının gücləndirilməsi üçün ümumi planları müzakirə edəcəklər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar