Firudin Səməndərli dekanlıqdan getməsi ilə bağlı açıqlama yayıb
Mən mətbuatda hadisələrə bu cür yanlış və qeyri-obyektiv yanaşmanı təəccüb və təəssüflə qarşılayıram. 50 ilə yaxın işlədiyim universitetdə və indiyədək yetişdirdiyim mütəxəssislər arasında mən təcrübəli pedaqoq və təmiz insan kimi tanınmışam. Bu baxımdan mənim adımın korrupsiya və rüşvət məsələsi ilə əlaqədar hallanması doğru deyil”. APA-nın xəbərinə görə, bu sözlər BDU-nun hüquq fakültəsinin sabiq dekanı, Cinayət hüququ kafedrasının müdiri Firudin Səməndərovun yazılı açıqlamasında əksini yapıb.
Dörd ilə yaxındır hüquq fakültəsinin dekanı vəzifəsini icra etdiyini deyən F. Səməndərov bildirib ki, bu müddət ərzində rektora 4 dəfə müraciət edərək vəzifəsindən azad olunmasını istəyib: “Səhhətimdə problemlər olduğu üçün dekan kimi işimin öhdəsindən tam olaraq gələ bilmirdim. Qeyd etmək istəyirəm ki, BDU-da aparılan islahatlar çərçivəsində mənim ərizəmin də qəbul edilməsi bu mübarizənin tərkib hissəsi kimi başa düşülüb. Mən heç vaxt korrupsiya və rüşvətlə məşğul olmamışam. Dekan vəzifəsindən azad edilməyimin bu cür təqdim edilməsini böhtan sayıram və bunun mətbuatın uydurmasından başqa bir şey olmadığını bildirirəm. Onlar dəqiqləşməmiş informasiya verərək bununla məsələni həddən artıq şişirtdilər. Mən BDU-nun əməkdaşıyam və Cinayət hüququ kafedrasının müdiri kimi fəaliyyətimi davam etdirirəm”.
F. Səməndərov Azərbaycan prezidenti İlham Əliyevin korrupsiya və neqativ halların aradan qaldırılması istiqamətində həyata keçirdiyi islahatları tam dəstəklədiyini də bəyan edib: “Fəaliyyət göstərdiyim Bakı Dövlət Universiteti də hər zaman dövlət və dövlətçiliyin əsas sosial dayağı olub. Bu baxımdan universitetdə aparılan islahatlara başqa don geyindirməyin əleyhinəyəm. Mətbuat işçilərindən isə bir daha bu məsələyə qayıtmamağı xahiş edirəm”.

645