Naftalana müalicə turizmi üzrə infotur təşkil olunacaq
01 mart 2011 12:08 (UTC +04:00)

Naftalana müalicə turizmi üzrə infotur təşkil olunacaq

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihə Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan olunması ilə bağlı regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərinin mütəmadi şəkildə təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədilə keçirilir. Layihənin məqsədi respublikamızın ən füsunkar rayonlarından biri olan Naftalan şəhərinə yerli turizm şirkətlərindən ibarət müalicə turizmi üzrə infoturun təşkil olunmasıdır.


Martın 5 və 6-da keçiriləcək infoturda Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkəti əməkdaşları və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 50 nəfərlik heyətin iştirakı nəzərdə tutulub. Bundan əlavə, turizm şirkətləri və KİV nümayəndələri iki gün ərzində rayonda fəaliyyət göstərən mehmanxana və sanatoriyalar, eləcə də mədəni-tarixi abidələrlə də tanış olacaqlar.


Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1247

Oxşar yazılar