FHN regional mərkəzində təlim keçirilib
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, təlim Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə həyata keçirdiyi “Riskə məruz qalma ehtimalı olan ərazilərdə fəlakət riskinin azaldılmasına yönəlmiş tədbirlərin dəstəklənməsi” layihəsi çərçivəsində baş tutub. Layihəyə əsasən, Şəki və Zaqatala rayonlarının seçilmiş məktəblərinin müəllimləri üçün nəzərdə tutulmuş təlimdə Nazirliyin Aparatının, Bakı Regional Mərkəzinin, o cümlədən Təhsil Nazirliyi və UNICEF-in nümayəndələri iştirak edib.
Tədbirdə təbii və texnogen xarakterli fövqəladə halları əks etdirən təqdimatlar və müxtəlif xilasetmə avadanlıqları nümayiş etdirilib. Sonda iştirakçılara fövqəladə hallar sahəsinə aid müxtəlif əyani-metodiki vəsaitlər təqdim edilib.

842