Azərbaycan və Rusiya sərhədinə nişanlar basdırılacaq
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında uzunluğu 390 km olan (Balakən, Zaqatala, Qax, Oğuz, Şəki, Qəbələ, Qusar və Xaçmaz rayonları ilə həmsərhəd) dövlət sərhədinin delimitasiyası işlərinə 1996-cı ildən başlanılıb və 2010-cu ilin avqust ayında bu işlər başa çatdırılıb, 2010-cu il sentyabrın 3-də isə Azərbaycan və Rusiya prezidentləri tərəfindən Bakı şəhərində imzalanan “Sərhəd müqaviləsi”nin təsdiqi ilə tamamlanıb.
Lent.az-ın Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov söyləyib. Qərib Məmmədov bildirib ki, yaxın vaxtlarda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən Rusiya Federasiyasının müvafiq idarəetmə orqanlarının mütəxəssisləri ilə birlikdə təsdiq olunmuş dövlət sərhəd xəttinin demarkasiyası, yəni dövlət sərhəd nişanlarının basdırılması işlərinə başlanılacaq.
Komitə sədri onu da qeyd edib ki, Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin uzunluğu 480 km təşkil edir: “Delimitasiya ilə bağlı işlər 1996-cı ilin dekabr ayından bu günədək davam edir. Hazırda sərhədin təxminən 300 km hissəsi hər iki tərəfin Dövlət Komissiyaları tərəfindən razılaşdırılıb. Sərhədin qalan hissələrində hər iki ölkənin ekspertləri tərəfindən torpaqların faktiki istifadə vəziyyətinin dəqiqləşdirilməsi, arxivlərin öyrənilməsi və digər zəruri tədbirlər həyata keçirilir”.

747