Binəqədidə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib - FOTO
25 fevral 2011 18:16 (UTC +04:00)

Binəqədidə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib - FOTO

Bu barədə Lent.az-a Binəqədi RİH ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Natiq Əliyev məlumat verib. Tədbirdə çıxış edən RİH başçısı Alı Qocayev Ermənistan Silahlı Qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən XX əsrin ən dəhşətli soyqırımlarından birinin törədildiyini, bunun nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakininin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 1275 nəfərin əsir, 150 nəfərin isə itkin düşdüyünü deyib. RİH başçısı bu faciəyə yalnız Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hüquqi və siyasi qiymət verildiyini bildirib.


Tədbirdə çıxış edən Xocalı Şəhər Təhsil Şöbəsinin müdiri Məhəmməd Şükürov, “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri Ayna Quliyeva və Milli Məclisin üzvü Rafael Cəbrayılov Xocalı soyqırımının daim xatırlanmalı olduğunu və bu dəhşətli faciənin dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlardan və vasitələrdən istifadə olunmasının vacibliyini nəzərə çatdırıblar.


Tədbirdə Rayon Gənclər və İdman İdarəsi tərəfindən orta məktəb şagirdləri arasında keçirilmiş “Müharibə uşaqların gözü ilə” adlı inşa yazı müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.


Sonda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı qətliamı” filmi nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 782

Oxşar yazılar