Bakıda tikinti şirkətinə 667 min manatlıq cərimə
25 fevral 2011 13:47 (UTC +04:00)

Bakıda tikinti şirkətinə 667 min manatlıq cərimə

Fevralın 15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən aparılan növbəti xidməti araşdırma zamanı Bakı şəhər Nəsimi rayonu Ə.Hüseynov və Ə.Salamzadə küçələrinin kəsişdiyi 1058-ci məhəllədə 29 ədəd ağacın kökündən kəsildiyi müəyyən edilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu ünvanda “Alyans-NN” MMC şirkəti Bakı şəhər İcra Hakimiyyətinin 28 iyun 2007-ci il tarixli sərəncamına əsasən, çoxmərtəbəli yaşayış binasının inşasına başlayıb. 2008-ci ilin aprel ayında Departamentin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman 29 ədəd ağacın olması müəyyən edilərək akt və məcburi göstərişlə ağacların qorunması və onlara aqrotexniki qulluq göstərilməsi şirkətə tapşırılıb. 15 fevral 2011-ci il tarixində Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin mütəxəssisləri yenidən sözügedən əraziyə baxış keçirərkən ərazidəki ağacların kökündən kəsildiyini müəyyən edib, faktla bağlı akt və protokol tərtib olunub. Araşdırma zamanı məlum olub ki, həmin ərazidə tikinti işlərini artıq “Alyans-NN” MMC deyil, “Rise” tikinti şirkəti həyata keçirir.


Nazirlər Kabinetinin müvafiq qərarının tələblərini pozduğuna görə “Rise” tikinti şirkəti İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsi ilə 649 min manat, məcburi göstərişə əməl etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 319-cu maddəsi ilə 18 min manat məbləğində cərimə olunub. Təbiətə dəymiş ziyana görə isə şirkətə 885 manat məbləğində iddia qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1057

Oxşar yazılar