Sabah Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
25 fevral 2011 12:53 (UTC +04:00)

Sabah Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, Xocalı prospekti və ətraf yollarda saat 08.00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyəcək: “Xocalı soyqrımının ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək insanların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etmək məqsədi ilə bir sıra yollarda hərəkət məhdudlaşdırılacaq. Saat 08.00-dan mərasim başa çatanadək N.Rəfiyev, Yusif Səfərov, M.Mehdizadə, A.İsmayılov, Tağızadə və digər küçələrdə və kəsişmələrdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq”.


V.Əsədov, sürücülərin alternativ yollardan istifadə etmələrini xahiş edib.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1018

Oxşar yazılar