Peçenye və makaronun standartları təsdiqləndi
24 fevral 2011 16:56 (UTC +04:00)

Peçenye və makaronun standartları təsdiqləndi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir neçə yeni dövlət standartı “MT 004-2011” “Ölçmə vasitələrinin və sınaq avadanlıqlarının müqayisəli yoxlanmasına sərf olunan vaxt normaları” təlimatını, “AZS 405-2011” “Peçenye. Ümumi texniki şərtlər”, “AZS 406-2011” “Makaron məmulatları. Ümumi texniki şərtlər”, “AZS 468-2011 (CAC/GL 12-1991)” “Qarışıq meyvə nektarları. Rəhbər göstərişlər”, “AZS 568-2011 (İSO 13535:2000)” “Neft və qaz sənayesi. Qazıma və istismar avadanlığı. Endirmə-qaldırma əməliyyatı üçün avadanlıq” və “AZS 569-2011” “Kəmiyyət vahidləri” dövlət standartlarını təsdiq edib.


Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu təlimat və standartlar martın 1-dən tətbiq ediləcək.


“MT 004-2011” “Ölçmə vasitələrinin və sınaq avadanlıqlarının müqayisəli yoxlanmasına sərf olunan vaxt normaları” təlimatı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanununda müəyyənləşdirilmiş dövlət metroloji nəzarətinin və inspeksiyasının şamil edildiyi sahələrdə ölçmə kanallarının hamısının, yaxud bir hissəsinin tətbiq edildiyi ölçmə sistemlərinə aid edilir. Təlimat ölçmə vasitələrinin yoxlanmasına, yoxlanmaların mürəkkəblik kateqoriyalarını və yoxlayıcıların tələb olunan saylarına vaxt normalarını təyin edir. Təlimat yoxlama işlərinə və yerinə yetirilən işlərin həcminin qiymətləndirilməsinə metrologiya üzrə preyskurantlarının tərtib olunmasında istifadə olunması üçün nəzərdə tutulmuşdur. Sənəd SMPDK-nın Təcrübə-Sınaq Mərkəzi (AzTEST) tərəfindən hazırlanıb.


“AZS 405-2011” “Peçenye. Ümumi texniki şərtlər” standartı şəkər tozu, yağ, quru süd və reseptura üzrə digər komponentlər əlavə olunmaqla buğda unundan hazırlanan qənnadı məmulatına – şəkərli, sərt və yağlı peçenyeyə şamil edilir. Standart pirojna tipli və yulaf peçenyesinə şamil edilmir.
“AZS 406-2011” “Makaron məmulatları. Ümumi texniki şərtlər” standartı əlavə xammal əlavə edilməklə və ya edilməməklə buğda unundan hazırlanan makaron məmulatlarına şamil edilir. Makaron məmulatları buğda unu ilə suyun qarışdırılması, müxtəlif üsullarla formalanması və qurudulması yolu ilə hazırlanan yeyinti məhsuludur. Makaron məmulatlarının istehsalında əlavə xammal kimi yumurta, süd, soya məhsullarından, quru kleykovinadan, qatılaşdırılmış tomat məhsullarından istifadə edilməsinə yol verilir.


“AZS 468-2011” (CAC/GL 12-1991) “Qarışıq meyvə nektarları. Rəhbər göstərişlər” standartı yalnız fiziki üsullarla konservləşdirilmiş, birbaşa qida məhsulu kimi istifadəsi nəzərdə tutulan qarışıq meyvə nektarlarına şamil edilir. Qarışıq meyvə nektarları – fermentləşdirilməmiş (qıcqırmamış), lakin qıcqırma qabiliyyətinə malik, bilavasitə istifadə üçün nəzərdə tutulmuş, meyvə şirələrinin və ya iki və daha artıq növ keyfiyyətli, yetişmiş meyvələrin sürtgəcdən və ya ələkdən keçirilmiş yeyilə bilən hissələrinin qarışığından hazırlanan, su və şəkər və ya bal əlavə olunmuş, yalnız fiziki üsullarla konservləşdirilmiş məhsuldur. Meyvələrin tərkibində şəkərin miqdarı yüksək olarsa, şəkər əlavə olunması istisna oluna bilər.


‘AZS 568-2011” (İSO 13535:2000) “Neft və qaz sənayesi. Qazıma və istismar avadanlığı. Endirmə-qaldırma əməliyyatı üçün avadanlıq” standartı qazıma və istismar işlərində istifadəyə yararlı endirmə-qaldırma əməliyyatları üçün avadanlığın layihələndirilməsinə, hazırlanmasına və nəzarətinə olan tələbləri müəyyən edir. “AZS 569-2011” “Kəmiyyət vahidləri” standartı isə ölkədə tətbiq edilən fiziki kəmiyyətlərin vahidlərinin adını, işarəsini, tərifini və bu vahidlərin tətbiq edilməsi qaydalarını müəyyən edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 908

Oxşar yazılar