Peşə və təlim standartları hazırlanır
24 fevral 2011 15:59 (UTC +04:00)

Peşə və təlim standartları hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə və əlaqədar təlim standartlarının hazırlanması” layihəsinin İşçi Qrupunun ikinci iclası keçirilib. Azərbaycan hökuməti və Dünya Bankı ilə birgə həyata keçirilən Sosial Müdafiənin İnkişafı Layihəsi çərçivəsində keçirilən tədbirdə müvafiq qurum və təşkilatların nümayəndələri iştirak ediblər.

Lent.az-ın məlumatına görə, iclasda layihə çərçivəsində əldə edilmiş nailiyyətlər, standartların hazırlanması, standartların və prosedurların pilot testlərinin keçirilməsi, standartların hazırlanmasında tərəfdaşların rolu, peşələrin prioritetləşdirilməsi üçün bazar göstəriciləri və digər məsələlər müzakirə edilib.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Almaniyanın “GOPA Consultants” beynəlxalq məsləhətçi şirkəti tərəfindən həyata keçirilən layihənin 2013-cü ildə başa çatması planlaşdırılır. Layihə çərçivəsində Azərbaycan mütəxəssislərinin ümumdünya bazarında rəqabətə davamlılığını artırmaq üçün müxtəlif sahələr üzrə 200 peşə, 100 təlim və iş yerlərində 200 peşə qiymətləndirmə standartı hazırlaması nəzərdə tutulur. bu standartların hazırlanması üçün 50 prioritet peşə müəyyən olunub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar