"Dövlət və Din" jurnalı işıq üzü gördü
24 fevral 2011 15:50 (UTC +04:00)

"Dövlət və Din" jurnalı işıq üzü gördü

Komitədən Lent.az-a verilən məlumata görə, toplu prezident İlham Əliyevin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müraciəti ilə açılır. Jurnalın "Rəsmi guşə"sində, həmçinin dövlət başçısının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına və Milad bayramı münasibətilə Pravoslav xristian icmasına təbrikləri işıqlandırılıb.

Toplu rus dilində məqalələrin çapı ənənəsini davam etdirir. Bu sayda Samirə Mir-Bağırzadənin “Rastsvet kulturı Azerbaydjana v epoxu İslamskoy tsivilizatsii” yazısı “Azərbaycan gerçəkliyi” rubrikası altında dərc edilib. Bölmədə həmçinin “Azərbaycanda Orta əsr təhsil və elm mərkəzləri - mədrəsələr”, “Azərbaycanda İslam mədəniyyəti tarixi və müasirlik kursunun tədrisinə dair” məqalələri yer alıb.

"Tarixə pəncərədir" bölməsində isə tarixi faktlara əsaslanan “Xristianlığaqədərki dövrdə Qafqaz albanlarının dili, dini, mənşəyi” və “Şəmkir şəhərinin Orta əsrlər tarixinə dair” başlıqlı məqalələrin oxuculara təqdim olunur. Bu sayda Əkbər Nadir Nəcəfin “İlkin orta əsrlərdə türklərin din anlayışı və şamanizm” mövzusunda yazısı “Dinlər, təriqətlər, cərəyanlar və təlimlər” rubrikası altında dərc olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 990

Oxşar yazılar