DəmirBank 8 mart münasibətilə güzəştli şərtlərlə avtokreditlər təklif edir
24 fevral 2011 09:48 (UTC +04:00)

DəmirBank 8 mart münasibətilə güzəştli şərtlərlə avtokreditlər təklif edir

Kampaniya zamanı xanımlar DəmirBank-ın istənilən filialından güzəştli şərtlərlə avtomobil krediti əldə edə biləcək.

Şərtlərə əsasən 1 mart 2011-ci il tarixindən etibarən 1 ay ərzində yeni avtomobillər üçün ən azı 20% ilkin ödəniş edildikdə avtomobil krediti illik 18%, ən azı 50% ilkin ödəniş edildikdə isə illik 17% dərəcəsi ilə verilir.

Avtomobil krediti müştərilərə 20%-dən başlayaraq ilkin ödənişlə 36 ayadək müddətə təklif edilir. Kreditin məbləği 5000-dən 50000 manatadək təşkil edə bilər.

“Müasir dünyada bir çox xanımların fəal mövqeyi onların gündəlik həyatında və fəaliyyətində öz əksini tapmışdır. Hazırda minlərlə xanım avtomobildən istifadə edir və bu say hər il artmaqdadır. Ümid edirik ki, 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilən bu kampaniya xanımların yeni avtomobil əldə etmək imkanlarını genişləndirəcək. Fürsətdən istifadə edərək, qarşıdan gələn bayram münasibətilə DəmirBank adından xanımları təbrik edirik, firavan həyat və sevincli günlər arzulayırıq” - deyə Bankın İdarə Heyəti Sədrinin Müavini Yusif Cabbarov bildirib.

DəmirBank avtokreditlər sahəsində Toyota, Honda, Mitsubishi, Mazda, Subaru, Audi, Volkswagen, Chevrolet, Kia, Skoda və sair avtomobil markalarının Azərbaycanda olan distribyutor və dillerləri ilə geniş əməkdaşlıq edir.

Avtomobil krediti əldə etmək üçün DəmirBank-ın filiallarına və avtomobil salonlarına müraciət etmək olar. DəmirBank müştərilərə müxtəlif biznes, istehlak və ipoteka kreditləri təklif edir. Bankın kredit məhsulları barədə ətraflı məlumat üçün www.demirbank.az saytına daxil olmaq və ya Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng etmək olar.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar