93 milyon manat
23 fevral 2011 17:16 (UTC +04:00)

93 milyon manat

Bu ilin yanvar ayında Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT), informasiya və poçt sektorunun ümumi gəlirləri 92,9 milyon manat təşkil edib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, ötən ilin həmin dövründə əldə olunan 76,6 milyon manatlıq göstərici ilə müqayisədə müvafiq gəlirlər 21,6 faiz artıb.


Respublikanın telekommunikasiya sahəsində gəlirlər 15 faiz artaraq 77,3 milyon manat təşkil edib. Bunun 52,4 milyon manatı mobil sektorun payına düşür.


Əvvəlki dövrlərdə olduğu kimi informasiya texnologiyaları sahəsində böyük artım qeydə alınıb. Ötən ilin yanvar ayı ilə müqayisədə ölkənin informasiya texnologiyaları sahəsi üzrə göstərilən xidmətlər həcmi 2,5 dəfə artaraq 13,2 milyon manata çatıb. Poçt və informasiya sahələrində müşahidə olunan artım müvafiq olaraq 12,5 faiz (1,7 milyon manat) və 80,6 faiz olub (0,7 milyon manat).
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693

Oxşar yazılar