ƏƏSMN-nin rayon mərkəzinin rəhbəri işdən çıxarılıb
23 fevral 2011 16:01 (UTC +04:00)

ƏƏSMN-nin rayon mərkəzinin rəhbəri işdən çıxarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Quba rayon Mərkəzinin rəhbəri Canpolad Abbasov tutduğu vəzifədən azad olunub. Onu müvəqqəti olaraq ƏƏSMN-nin Bakı şəhəri üzrə İdarəsinin baş məsləhətçisi Famil Ağayev əvəz edir.

Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, mərkəzdə yolmalar aparılıb. Famil Ağayev bildirib ki, mərkəzdə aparılan yoxlamalar başa çatıb. Bu barədə yekun akt tərtib olunaraq nazirliyə təqdim olunub. Yoxlamalarla bağlı yekun qərarı isə nazir Fizuli Ələkbərov verəcək.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356

Oxşar yazılar