Rusiyaya gedən qatarların hərəkət cədvəli dəyişdirilib - SİYAHI
“Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti rəhbərliyinin qərarına əsasən, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə fevralın 4-dən Şimali Qafqaz Dəmir Yolunun Samur-Artezian sahəsində sərnişin və yük qatarlarının hərəkətinə axşam saat 22.00-dan səhər saat 06.00-ya qədər məhdudiyyət qoyulub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, belə bir qərarın qəbul olunmasının əsas səbəbi son vaxtlar Şimali Qafqaz Dəmir Yolunun Dağıstan Respublikası ərazisindən keçən hissəsində tez-tez neqativ halların qeydə alınmasıdır. “Azərbaycan Dəmir Yolları” vətəndaşların nəzərinə çatdırır ki, hazırda təqdim olunan hərəkət cədvəli müvəqqəti xarakter daşıyır və 23 fevraldan 26 marta qədər qüvvədə olacaq. 26 martdan yeni hərəkət cədvəli tətbiq olunacaq.
55-56 saylı Bakı-Moskva sərnişin qatarı həftənin birinci, üçüncü və beşinci günləri saat 19.55-də yox, saat 22.05-də Bakıdan yola düşəcək. Həftənin ikinci, dördüncü və bazar günləri saat 08.20-də yox, saat 19.03-də Bakıya çatacaq. 31-32 saylı Bakı-Kiyev sərnişin qatarı həftənin ikinci günü yox, üçüncü günü saat 00.40-da Bakıdan yola düşəcək, həftənin birinci günü yox, ikinci günü saat 00.30-da Bakıya gələcək.
313-314 saylı Bakı-Sankt-Peterburq sərnişin qatarı həftənin üçüncü günü yox, dördüncü günü saat 00.40-da Bakıdan yola düşəcək, həftənin üçüncü günü saat 19.03-də Bakıya gələcək. 369-370 saylı Bakı-Xarkov sərnişin qatarı həftənin dördüncü günü yox, beşinci günü saat 00.40-da Bakıdan yola düşəcək, həftənin ikinci günü yox, üçüncü günü saat 00.30-da Bakıya gələcək.
373-374 saylı Bakı-Tümen sərnişin qatarı 5 mart 2011-ci ildən hər gün saat 6.20-də yox, saat 6.10-da Bakıdan yola düşəcək, saat 2.03-də yox, saat 3.05-də Bakıya çatacaq. 392-391 saylı Bakı-Rostov Rostov-Bakı-Rostov sərnişin qatarı həftənin birinci və altıncı günləri saat 23.40-da yox, həftənin ikinci və bazar günləri saat 0.40-da Bakıdan yola düşəcək, həftənin birinci və altıncı günləri saat 8.20-də yox, saat 19.03-də Bakıya gələcək.
Elxan Salahov

Oxşar yazılar

Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
5 iyul 2025 , 14:45Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı
5 iyul 2025 , 14:27