Bir qrup həkim Türkiyəyə göndərilib
ARDNŞ-in tabeçiliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan bir qrup həkim tibbin yüksək texnologiyalarını mənimsəmək məqsədilə qabaqcıl xarici dövlətlərə təkmilləşdirmə kurslarına göndərilir.
ARDNŞ Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi Əmrah Fəqanoğlu Lent.az-a açıqlamasında bildirib ki, digər sahələrdə olduğu kimi, səhiyyədə də yüksək texnologiyaların tətbiqi prioritet məsələ hesab edilir və bu məqsədlə 2010-cu ilin sonunda bütün Müalicə Diaqnostika Mərkəzləri endoskopik-laparoskopik cərrahi əməliyyatların aparılması üçün müasir cihazlarla təmin edilib.
Həmin cihazların köməyi ilə yaxın vaxtlarda regionlarda da endoskopik-laporoskopik cərrahi əməliyyatların həyata keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu məqsədlə ARDNŞ Sosial inkişaf İdarəsinin tabeçiliyində olan tibb müəssisələrində çalışan həkimlərin ixtisasartırma kurslarına göndərilməsi istiqamətində qardaş Türkiyə Respublikasının Səhiyyə Nazirliyi ilə aparılan danışıqlar müsbət nəticə verib. Əldə olunan razılaşmaya əsasən, endoskopik-laporoskopik cərrahi əməliyyatların aparılması texnikasına yiyələnmək məqsədilə bu günlərdə regional Müalicə Diaqnostika Mərkəzlərində çalışan bir qrup cərrah iki ay müddətində Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən qabaqcıl klinikalara ezam olunub.
İxtisasartırma kurslarına göndərilənlər arasında oftalmoloq, ginekoloq, uroloq, şüa diaqnostikası ixtisasları üzrə çalışan həkimlər də var.
Həkimlərin tibbin müasir texnologiyalarına daha dərindən yiyələnmələri və ixtisaslarını artırmaları məqsədilə Türkiyə Respublikasına göndərilməsi mütəmadi şəkildə davam etdiriləcək. Yaxın gələcəkdə həkimlərin Almaniya Federativ Respublikasına təcrübəyə göndərilməsi də nəzərdə tutulur.
Elxan Salahov

Oxşar yazılar

İlk dəfə buraxılış imtahanları keçirildi-FOTO
2 mart 2025 , 12:50
Felmar Ələkbərli vəfat etdi
2 mart 2025 , 12:16
Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq
2 mart 2025 , 10:24
Bu gün Xocalı, Xankəndi və Şuşada ilk dəfə buraxılış imtahanı keçiriləcək
2 mart 2025 , 00:06
Mart ayında güclü maqnit qasırğaları olacaq: Təhlükəli tarixlər
1 mart 2025 , 17:15
Ramazan ayının birinci gününün DUASI
1 mart 2025 , 13:43
Sabah 24 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - PROQNOZ
1 mart 2025 , 12:41