“Azərbaycan Dəmir Yolları” QSC-də qaynar xətt yaradıldı
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının 2011-ci il yanvarın 27-də keçirilmiş geniş iclasında verilmiş tapşırıqların icrası ilə əlaqədar, eyni zamanda dəmir yolunda zəruri təhlükəsizlik tədbirlərinin daha da genişləndirilməsi məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində qaynar xətt yaradılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nazir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, vətəndaşlarımız dəmir yolunda qarşılaşdıqları hər hansı neqativ hal barədə 24 saat fəaliyyətdə olan qaynar xəttə (499-49-38) məlumat verə bilərlər.
Eyni zamanda vətəndaşlar “Azərbaycan Dəmir Yolları” QSC-nin “www.railway.gov.az” internet saytındakı “Bizimlə əlaqə” bölməsi vasitəsilə ([email protected]) əlaqə saxlaya bilərlər.
Elxan Salahov

1394