Məşhur müğənnilər xeyriyyəçiliyə qoşulur
21 fevral 2011 16:21 (UTC +04:00)

Məşhur müğənnilər xeyriyyəçiliyə qoşulur

Tədbir “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi, “Biz+” jurnalının informasiya dəstəyi, B.Ə.M., TİSA və Buta Photo-nun köməkliyi ilə baş tutacaq. Lent.az-a verilən məlumata görə, tədbirdə Zülfiyyə Xanbabyeva, Çingiz Mustafayev, Səfurə Əlizadə, Namiq Qaraçuxurlu, Zamiq, Lalə Məmmədova, Nura Suri, Azad Şabanov, Emil Bədəlov, Leyla Ramazanlı, Mirkamil, Oksana Rəsulova, Elşaq Xose, Günay İbrahimli, “Rövşən ritm” qrupu, “Cücələrim” rəqs ansamblının iştirakı nəzərdə tutulub. Gecənin aparıcıları isə Samir Bayramlı və Nanə Ağamalıyeva olacaq. Tədbirdə o cümlədən “Burada və indi”nin məşhur və sevimli aparıcıları Dilarə Əliyeva, Toppuş bacı və Keyxanım da iştirak edəcək.


Məlumatda bildirilib ki, bu kampaniya çərçivəsində 6 mart tarixinə qədər kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaq evində böyüyən qızlara hədiyyələr toplanacaq. Toplanmış hədiyyələr 8 mart Beynəlxalq Qadınlar Günündə uşaqlara təqdim ediləcək. Hədiyyələrin qəbuluna məhdudiyyətlər qoyulmur. Kampaniya artıq başlanıb və yaxın zamanlarda ictimai xadimlər, mədəniyyət işçiləri, elm xadimləri və biznes strukturlarının da qoşulması nəzərdə tutulub.

Banu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar