Yaxın günlərdə xaricdə təhsillə bağlı elanlar veriləcək
Bununla bağlı 100-ə yaxın sənəd Təhsil Nazirliyinə təqdim olunub. Lent.az-ın məlumatına görə, təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, əsasən tibb, mühəndislik ixtisasları üzrə Almaniyaya tələbə göndəriləcək.
Almaniyada təhsil alacaq tələbələrin seçimini isə professura heyəti həyata keçirəcək. Həmin heyət bir neçə gündən sonra Almaniyadan Azərbaycana gələcək.
Nazir müavini onu da bildirib ki, yaxın günlərdə xaricdə təhsillə bağlı elanlar da veriləcək: “Prioritet ixtisaslar da artıq müəyyənləşib. Bu başdan deyə bilərəm ki, tibb, mühəndislik, aqrar elmlər, biotexnologiya, genetika, informasiya kommunikasiya texnologiyaları, bir sözlə Azərbaycanın iqtisadiyyatının inkişafı üçün lazım olan ixtisasların elanının verəcəyik”.
Xəyalə

652