Nazir müavini: “Misirdə tələblərimizin heç birinə zərər dəyməyib”
“Misirdəki məlum hadisələr zamanı orada təhsil alan tələblərimizin heç birinə zərər dəyməyib”.
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Elmar Qasımov deyib. Nazir müavini bildirib ki, Misirdə vəziyyət sakitləşdikdən sonra tələbələr təhsil aldıqları universitetlərə qayıdacaqlar: “Bildiyiniz kimi, dövlət xətti ilə ərəb ölkələrində, əsasən Misir Ərəb Respublikasında tələbələrimiz təhsil alır. Lakin oradakı məlum hadisələrlə bağlı prezidentin tapşırığı ilə Qahirəyə xüsusi reys göndərildi və səfirliyimizin köməkliyi ilə tələbələrimizin əksəriyyəti vətənə geri qayıtdı. Hazırda həmin tələbələr vətəndədirlər. Təbii ki, hadisələr səngiyənə qədər. Vəziyyət sakitləşəndən sonra yəqin ki, tələbələr yenidən universitetlərə qayıdacaqlar. Onu da qeyd edim ki, dövlət xətti ilə digər ərəb ölkələrində təhsil alan tələbələrimiz yoxdur. Qahirə universitetində isə 20-yə yaxın tələbə təhsil alırdı”.
Elmar Qasımovun sözlərinə görə, artıq Nazirlər Kabineti tərəfindən prioritet ölkələr və universitetlər təsdiq olunub: “Lakin biz daha çox Baltikyanı ölkələrlə danışıqlar aparırıq. İstərdik, tələbələrimiz Latviya, Litva universitetlərində təhsil alsınlar”.
Xəyalə Muradlı

Oxşar yazılar

XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12